Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xamenei “şəri cəhətdən nəzrin etməyin şərtləri” ilə bağlı ünvanlanmış istifta sualına cavab verib. Həmin sual və cavabı oxucuların diqqətinə çatdırırıq.
Şəri cəhətdən nəzr etməyin şərtləri
Sual:
İnsanlar, xüsusilə Məhərrəm ayında və Əhli-beytin (əleyhimus-salam) əzadarlıq mərasimləri günlərində çoxlu nəzirlər edirlər. Şəri cəhətdən edilən nəzr hansı şərtlərə malik olmalıdır?
Cavab:
Şəri cəhətdən nəzr etməyin düzgün şəkildə formalaşması üçün aşağıdakı şərtlərə riayət edilməlidir:
1. Nəzir siğəsini — ərəb dilində və ya onun tərcüməsini — dilə gətirmək lazımdır. Məsələn, belə demək olar: “Allah üçün mənim üzərimə vacib olsun ki, əgər filan hacətim yerinə yetərsə, Aşura günü rövzə mərasimi təşkil edim.”
2. Nəzir edilən işin yerinə yetirilməsi və ya tərk edilməsi müəyyən baxımdan üstün və bəyənilən olmalıdır. Buna görə də əgər həmin işi görmək və ya tərk etmək baxımından hər iki tərəf eyni səviyyədədirsə, belə nəzir düzgün deyil.
3. Nəzir edilən işi yerinə yetirmək insan üçün mümkün olmalıdır.
4. Nəzir edən şəxs şəri baxımdan mükəlləf və ağıllı olmalı, nəziri öz iradəsi və seçimi ilə etməlidir.
5. Qadın həyat yoldaşı ilə nikahda olduğu halda, vacib ehtiyata əsasən, hətta öz malı ilə bağlı nəzir etmək istəsə belə, ərinin icazəsi ilə nəzir etməlidir.
Rəyiniz